Gürcüstanda koronavirusa yoluxanların sayı 235 mini ötüb

Gürcüstanda koronavirusa yoluxanların sayı 235 mini ötüb

Gürcüstanda ötən sutkada daha 1 612 nəfərin koronavirusla bağlı testi pozitiv nəticələnib, 419 nəfər sağalıb, 28 pasiyent isə vəfat edib. SİA-nın xəbərinə, bu barədə Gürcüstan hökumətinin xüsusi rəsmi saytında bildirilib. Hazırkı dövrədək qonşu ölkədə COVID-19-a 235 491 nəfər yoluxub ki, onların da 223 695-i sağalıb, 2 694-ü isə ölüb. Ölkə üzrə karantin rejimində 491, stasionar nəzarətdə 3 898 nəfər saxlanılır. 742 nəfər isə xüsusi otellərdə müalicə olunur.

Müəllif: Gülyana

Bütün xəbərlər Facebook səhifəmizdə