ABŞ-da prezident seçkilərindən sonra yaşananları və daxili proseslərin bu gün etirazçıların Konqres binasına girməsinə qədər gedib çıxmasını narahatçılıqla izləyirik.
SİA xəbər verir ki, bu barədə Türkiyə Xarici İşlər Nazirliyinin Bəyanatında deyilir.
ABŞ-dakı bütün tərəfləri ayıq-sayıq olmağa dəvət edirik. ABŞ-ın bu daxili siyasi krizisi müvəffəqiyyətlə aşacağına inanırıq.
ABŞ-dakı vətəndaşlarımıza izdihamlı məkanlardan və aksiya keçirilən ərazilərdən uzaq durmalarını tövsiyə edirik.

Müəllif: Aysel Məmmədova
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB