Qonşu ölkədə koronavirusa 1 800 yeni yoluxma qeydə alınıb, 20 nəfər ölüb

Qonşu ölkədə koronavirusa 1 800 yeni yoluxma qeydə alınıb, 20 nəfər ölüb

Gürcüstanda son sutkada daha 1 800 nəfərin koronavirusa yoluxduğu müəyyən edilib, 489 nəfər müalicə olunaraq sağalıb, 20 pasiyent isə vəfat edib. SİA-nın xəbərinə görə, bu barədə Gürcüstan hökumətinin xüsusi rəsmi saytında bildirilib. Qonşu ölkədə pandemiya başlayandan bu günədək COVID-19-a 233 879 yoluxma halı qeydə alınıb. Yoluxanların 223 276-sı sağalıb, 2 666-sı isə dünyasını dəyişib. Hazırda karantin zonalarında 484, stasionar nəzarətdə 3 901 nəfər var. 765 nəfər isə xüsusi otellərdə tibbi nəzarətdə saxlanılır.

Müəllif: Gülyana

Bütün xəbərlər Facebook səhifəmizdə