Tokayevdən rusiyalı deputatların torpaq iddialarına - SƏRT CAVAB

Tokayevdən rusiyalı deputatların torpaq iddialarına - SƏRT CAVAB

Qazaxıstan Prezidenti Kasım-Comart Tokayev rusiyalı deputatların torpaq iddialarına sərt cavab verib. SİA Nur.kz-a istinadla xəbər verir ki, ölkə başçısı həmin şəxslərə Qazaxıstan tarixini xatırladıb.

"Heç kim bu geniş topraqları qazaxlara hədiyyə etməyib. Tariximiz 1991 və 1936-cı illərdən ibarət deyildir. Biz bu torpaqlarda əcdadlarımız olan Qazax Xanlığı, Qızıl Orda, Türk Xaqanlığı, Hunlar və Saxalar dönəmində var idik", - Tokayev bildirib.

Qeyd edək ki, Rusiya Dövlət Dumasının deputatları Vyaçeslav Nikonov və Yevgeni Fyodrov Rusiyanın “Birinci kanal”ının efirində Qazaxıstan ərazisini Rusiya tərəfindən edilən "böyük hədiyyə" adlandırıblar.

Müəllif: Aysel Məmmədova

Bütün xəbərlər Facebook səhifəmizdə