Rusiyada iki avtomobilin toqquşması nəticəsində 6 nəfər ölüb

Rusiyada iki avtomobilin toqquşması nəticəsində 6 nəfər ölüb
Rusiya Federasiyasının Smolensk vilayətində iki avtomobilin toqquşması nəticəsində 6 nəfər ölüb. SİA xəbər verir ki, bu barədə "RİA Novosti"yə Daxili İşlər Nazirliyinin bölgə üzrə nümayəndəsi məlumat verib. Məlumata görə, avtoqəza Smolensk şəhərinin cənub-qərb çıxışının 16-cı kilometrliyində baş verib. "Bir "Hyundai" markalı və bir "VAZ-2115" markalı avtomobillər toqquşub. Nəticədə birincinin sürücüsü və bir qadın sərnişin ölüb, "VAZ"-da isə sürücü və üç sərnişin - bir kişi və iki qadın ölüb", - agentliyin həmsöhbəti bildirib.

Bütün xəbərlər Facebook səhifəmizdə