Rusiyada son bir gündə daha 24 246 nəfərə COVID-19 diaqnozu qoyulub. SİA-nın xəbərinə görə, bu barədə ölkənin Operativ Qərargahı məlumat yayıb. Qeyd olunub ki, bununla da Rusiyada koronavirusa yoluxanların sayı 3 284 384 nəfərə çatıb. Ölkədə virusdan ölənlərin sayı isə daha 518 nəfər artaraq 59 506-ya yüksəlib. Bundan başqa, Rusiyada indiyədək koronavirusa yoluxan 2 662 668 nəfər sağalıb.
Müəllif: Gülyana
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB