Dünyada son sutkada 8 min nəfərə yaxın insan koronavirusdan vəfat edib

Dünyada son sutkada 8 min nəfərə yaxın insan koronavirusdan vəfat edib

Dünyada son sutkada 583 907 nəfər koronavirusa yoluxub, 7 957 nəfər ölüb.

SİA "TASS" agentliyinə istinadən xəbər verir ki, bu barədə Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) son hesabtında bildirilib.

Dünya üzrə, ümumilikdə, rəsmi olaraq 83 910 386 yoluxma hadisəsi, 1 839 660 ölüm faktı qeydə alınıb.

Son 24 saat ərzində yoluxmanın 57 faizdən çoxu Şimali və Cənubi Amerikanın (337 231) payına düşür. Digər yerləri isə Avropa (173 812), Cənub-Şərqi Asiya (26 868) bölüşür.

Bütün xəbərlər Facebook səhifəmizdə