Moskvada iki yaşayış binasında baş verən yanğın nəticəsində 3 nəfər dünyasını dəyişib

Moskvada iki yaşayış binasında baş verən yanğın nəticəsində 3 nəfər dünyasını dəyişib
Moskvanın cənubundakı yaşayış binasında baş verən yanğın nəticəsində, bir uşaq da daxil olmaqla, iki nəfər dünyasını dəyişib. SİA "RİA Novosti"yə istinadən xəbər verir ki, bu barədə paytaxtın Fövqəladə Hallar Xidmətindən bildirilib. Bundan əvvəl isə Moskvanın şərqində, Bulatnikovskaya küçəsi 50 ünvanında doqquzmərtəbəli yaşayış binasında 50 kvadratmetr sahədə yanğın baş vermişdi. Hadisə nəticəsində 4 nəfərin yaralandığı bildirilib. Onlardan 2-ci ölüb. 19 nəfər sakin təxliyə edilib, yanğın söndürülüb.

Bütün xəbərlər Facebook səhifəmizdə