Rusiyada koronavirusdan ölənlərin sayı 59 minə çatır

Rusiyada koronavirusdan ölənlərin sayı 59 minə çatır

Rusiyada koronavirusa yoluxanların sayı 3,26 milyonu keçib. Ölkədə son sutka ərzində 23 351 nəfər virusa yoluxub, 482 nəfər isə həyatını itirib.

Bu günə qədər Rusiyada 3 260 138 nəfər infeksiyaya yoluxub, ölənlərin sayı 58 988-ə çatıb.

Ölkə ərazisində ümumilikdə 2 640 036 şəxs virusdan sağalıb, 561 114 nəfərin müalicəsi isə davam edir.

Bütün xəbərlər Facebook səhifəmizdə