"Rusiyanın İrana "C-300" zenit-raket komplekslərini satmaqdan imtina etməsi ölkələrimiz arasında ticarət dövriyyəsinin həcminin azalmasına səbəb olacaq". SİA-nın "Fars" agentliyinə istinadən yaydığı məlumata görə, bunu İranın Rusiyadakı səfiri Mahmud Rza Səcadi deyib. Rusiyanı ölkəsinə "C-300" zenit-raket kompleksi satmaqdan imtina etdiyinə görə tənqid edən səfir qeyd edib ki, bu addım iki ölkə arasında ticarət münasibətlərinə neqativ təsir göstərəcək: "Rusiya iqtisadiyyatı bir çox hallarda siyasətdən asılıdır, buna görə də iki ölkə arasında ticarət münasibətlərinin səviyyəsini arzuolunan səviyyəyə çatdırmaq çox çətindir. Hazırda iki ölkə arasında ticarət dövriyyəsinin həcmi 3 milyard dollardır, bu rəqəmi on dəfə artırmağa siyasi motivlər mane olur".
Qeyd edək ki, Rusiya prezidenti Dmitri Medvedyev "BMT Təhlükəsizlik Şurasının 1929 saylı qətnaməsinin yerinə yetirilməsinə dair tədbirlər haqqında" sərəncam imzalayıb. Sərəncama əsasən Rusiya İrana "C-300" zenit-raket komplekslərini satmaqdan imtina edib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB