ABŞ-ın Texas ştatında yerləşən kilsədə baş verən atışma nəticəsində keşiş öldürülüb

ABŞ-ın Texas ştatında yerləşən kilsədə baş verən atışma nəticəsində keşiş öldürülüb

ABŞ-ın Uaynona şəhərində (Texas ştatı) yerləşən kilsədə baş verən atışma nəticəsində ən azı bir nəfər ölüb, bir neçə nəfər yaralanıb.

SİA-nın məlumatına görə, bu barədə ABC telekanalı yerli hakimiyyət orqanlarına istinadən bildirib.

Məlumata əsasən, atışma nəticəsində bazar günü səhər yerli kilsələrdən birində gizlənmiş bir şəxslə mübahisəyə girən keşiş ölüb. Bildirilib ki, ən azı daha iki nəfər yaralanıb.

Yerli polis idarəsinin nümayəndəsi şübhəli şəxsin saxlanıldığını deyib.

Bütün xəbərlər Facebook səhifəmizdə