Türkiyədə son 24 saat ərzində COVİD-19-dan daha 193 nəfər dünyasını dəyişib

Türkiyədə son 24 saat ərzində COVİD-19-dan daha 193 nəfər dünyasını dəyişib

Türkiyədə son 24 saat ərzində yeni növ koronavirusdan (COVİD-19) daha 193 nəfər dünyasını dəyişib.

SİA-nın məlumatına görə, bu barədə Türkiyənin səhiyyə naziri Fahrettin Koca bildirib.

Nazir bildirib ki, koronavirusdan ölənlərin ümumi sayı 21 488 nəfərə çatıb.

Onun sözlərinə görə, ölkədə 9 877 yeni yoluxma halı qeydə alınıb, yoluxanların ümumi sayı 2 241 912 nəfərə çatıb.

Nazir bildirib ki, ötən gün koronavirusdan 10 102 nəfər sağalıb, koronavirusdan sağalanların ümumi sayı 2 136 534 nəfər təşkil edir.

Bütün xəbərlər Facebook səhifəmizdə