İŞİD terror təşkilatının təhlükəli üzvü Ankarada saxlanılıb

İŞİD terror təşkilatının təhlükəli üzvü Ankarada saxlanılıb
Türkiyənin təhlükəsizlik qüvvələri Ankarada İŞİD terror təşkilatına xüsusi antiterror əməliyyatı keçiriblər. SİA xəbər verir ki, İŞİD-in üzvü, bu terror təşkilatını üçün partlayıcıları avtomobillərə yerləşdirmək kimi təhlükəli işlər görən "İbrahim" ləqəbli terrorçunun Türkiyənin paytaxtına gəldiyi müəyyən edilib və o, Ankarada yaxalanıb. Bildirilir ki, "İbrahim" ləqəbli terrorçunun İraqdakı münaqişə bölgələrində olması, eləcə də avtomat silahdan təlim gördüyünə dair fotolar müəyyən edilib. Faktla bağlı istintaq aparılır.
Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə