Pakistanın Bəlucistan əyalətində kömür şaxtasında baş verən atışma zamanı azı on bir işçi həlak olub, daha üç nəfər yaralanıb. SİA xəbər verir ki, bu barədə yerli hakimiyyətə istinadən "Sinxua" agentliyi bildirib.
Məlumata əsasən, naməlum şəxslər şənbə günü gecə yarı şaxtanın işçilərini oğurlayaraq güllələyiblər.
Yaralılar xəstəxanaya çatdırılıb, onların vəziyyəti haqqında məlumat verilmir.
Qeyd edilir ki, hadisə ilə bağlı təhqiqat aparılır. Hücuma görə məsuliyyəti hələ heç bir qruplaşma üzərinə götürməyib.
Müəllif: Ceyhun Rasimoğlu
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB