Koronavirus qurbanlarının sayı 350 mini ötdü ABŞ-da

Koronavirus qurbanlarının sayı 350 mini ötdü ABŞ-da
ABŞ-ın Cons Hopkins Universitetinin məlumatına görə, pandemiyanın başlanğıcından Birləşmiş Ştatlarda 350 min 186 nəfər COVID-19-dan ölüb. SİA-nın xarici mətbuata istinadən verdiyi məlumata görə, ölkədə virusa 20 427 780 yoluxma aşkarlanıb. Məlumata görə, koronavirusa yoluxmuş 12 milyondan çox insan sağalıb. ABŞ-da son gündə 160 606 nəfər koronavirusa yoluxub. Son 24 saatda Birləşmiş Ştatarda 2 051 koronavirus xəstəsi ölüb. Xəstəliklərə nəzarət və profilaktika üzrə mərkəzlər bildirib ki, ABŞ-da ötən həftənin bazar günü vaksinin 13 milyon 71 min 925 dozası müvafiq tibbi məntəqələrə göndərilib. ABŞ-da "Moderna" və "Pfizer"/"BioNTech" şirkətlərinin peyvəndlərindən istifadə edilir.
Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə