Koronavirusdan ölənlərin sayı 65 minə çatır Fransada

Koronavirusdan ölənlərin sayı 65 minə çatır Fransada
Fransada ötən gün koronavirus infeksiyasına 3 446 yeni yoluxma faktı qeydə alınıb. SİA xəbər verir ki, bu barədə Fransanın Səhiyyə üzrə Baş İdarəsi məlumat yayıb. Son 24 saat ərzində COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 157 nəfər vəfat edib. İndiyədək Fransada ümumilikdə 2 643 239 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 64 921 nəfər vəfat edib.
Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə