ABŞ-ın Miçiqan ştatında yüngülmühərrikli təyyarə qəzaya uğrayıb

ABŞ-ın Miçiqan ştatında yüngülmühərrikli təyyarə qəzaya uğrayıb

ABŞ-ın Miçiqan ştatında yüngülmühərrikli təyyarə qəzaya uğrayıb.

SİA "The Detroit News" qəzetinə istinadən xəbər verir ki, təyyarə yaşayış evinin üzərinə düşüb, nəticəsində evdə yanğın baş verib. Evin sakinləri xəsarət almayıblar.

Qəza nəticəsində təyyarənin pilotu və iki sərnişin həlak olublar.

Qəzanın səbəbi barədə məlumat verilmir. Hadisə yerində xilasedicilər işləyir.

Bütün xəbərlər Facebook səhifəmizdə