İsraildə ötən sutka ərzində yeni növ koronavirusa 5,3 min nəfərə yaxın şəxs yoluxub

İsraildə ötən sutka ərzində yeni növ koronavirusa 5,3 min nəfərə yaxın şəxs yoluxub

İsraildə ötən sutka ərzində yeni növ koronavirusa (COVİD-19) 5 289 nəfər yoluxub.

SİA-nın "Sinxua"ya istinadən verdiyi məlumata görə, bu barədə ölkənin Səhiyyə Nazirliyindən bildiriblər.

Məlumata əsasən, ölkədə koronavirusa yoluxanların sayı 433 799 nəfərə çatıb.

Bildirilir ki, hazırkı dövrədək koronavirusa yoluxanlardan 381 714 nəfəri sağalıb, 3 384 nəfəri isə vəfat edib.

Bütün xəbərlər Facebook səhifəmizdə