ABŞ Silahlı Qüvvələrinin Afrika Komandanlığı (AFRİKOM) Somalinin cənubunda "Əş-Şəbab" terror qruplaşmasının mövqelərinə hava zərbələri endirib. SİA-nın "TASS"a istinadən verdiyi məlumata görə, bu barədə Komandanlığın rəsmi portalında bildirilir.
Məlumatda deyilir: "Hər iki hava zərbəsi Kunyo-Barrou şəhəri yaxınlığındakı mövqelərə endirilib. İlkin qiymətləndirmələr zərbələr nəticədə hər iki hədəfin məhv edildiyini göstərir".
Qeyd edilir ki, zərbələr nəticəsində dinc əhali arasında ölən və xəsarət alan olmayıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB