Yəməndə husilərin hücumu nəticəsində azı beş nəfər qətlə yetirilib
Yəmənin Hodeyda şəhərində “Ənsar Allah” üsyançı hərəkatının (husilər) tərəfdarlarının hücumu nəticəsində azı beş nəfər ölüb, yeddi nəfər isə yaralanıb.
SİA xəbər verir ki, bu barədə “Sky News Arabiya” telekanalı məlumat yayıb.
“Hodeydanın cənubunda husilərin atəşə tutması nəticəsində beş qadın öldürülüb, üçü uşaq olmaqla, daha yeddi nəfər də yaralanıb”, - məlumatda belə deyilir.
Telekanal hücumla bağlı digər detallara toxunmayıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB