Təyyarə Boqota hava limanına enərkən hava balonu ilə toqquşub

Təyyarə Boqota hava limanına enərkən hava balonu ilə toqquşub

“Avianca” aviaşirkətinə məxsus sərnişin təyyarəsi Kolumbiyanın paytaxtı Boqotada hava limanına enərkən çox da böyük olmayan hava balonu ilə toqquşub.

SİA xəbər verir ki, bu barədə “II Tiempo” qəzeti məlumat yayıb.

Məlumata görə, hadisə El Dorado hava limanında baş verib. Eniş zamanı təyyarənin qanadı şara toxunub. Sərnişinlər arasında xəsarət alan olmayıb.

Hadisə ilə bağlı araşdırma aparılır. İlkin ehtimala görə, şar Yeni il şənlikləri ərəfəsində yaxınlıqda yaşayan sakinlər tərəfindən havaya buraxılıb.

Bütün xəbərlər Facebook səhifəmizdə