Moskvada çoxmərtəbəli yaşayış binasında baş vermiş yanğın nəticəsində iki nəfər ölüb
Moskvada çoxmərtəbəli yaşayış binasındakı mənzillərin birində baş vermiş yanğın nəticəsində iki nəfər ölüb.
SİA “RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə Moskva Fövqəladə Hallar Nazirliyinin mətbuat xidməti bildirib.
“Profsoyuznaya küçəsindəki 17 mərtəbəli 126 saylı yaşayış binasında baş verən yanğınla bağlı xəbər saat 16:48-də daxil olub. Dördüncü mərtəbədəki mənzillərdən birində mətbəxdə 10 kvadratmetr ərazidə şəxsi əşyalar və mebel yanıb. 17:30-da yanğın söndürülüb. Təəssüf ki, yanğın nəticəsində iki nəfər ölüb”, - məlumatda belə deyilir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB