Afina şəhərində bələdiyyə polisinin binası qarşısında partlayış baş verib

Afina şəhərində bələdiyyə polisinin binası qarşısında partlayış baş verib

Yunanıstanın paytaxtı Afina şəhərinin Kipseli rayonunda bələdiyyə polisinin binası qarşısında partlayış baş verib.

SİA-nın "TASS" agentliyinə istinadən verdiyi məlumata görə, yerli vaxtla saat 22:30-da baş verən partlayış nəticəsində binaya maddi ziyan dəyib.

İlkin məlumata əsasən, qaz balonlarından hazırlanmış partlayıcı qurğu işə düşüb.

Ölən və xəsarət alanlar barədə məlumat verilmir.

Bütün xəbərlər Facebook səhifəmizdə