Əlcəzairin cənubunda baş verən yol qəzasında 20 nəfər dünyasını dəyişib
Əlcəzairin cənubunda yerləşən İn-Amqel şəhəri (Tamanrasset əyaləti) yaxınlığında baş verən yol qəzasında 20 nəfər dünyasını dəyişib.
SİA "RİA Novosti"yə istinadən xəbər verir ki, bu barədə ölkənin Xilasetmə xidməti məlumat yayıb.
Bildirilib ki, içərisində 30 sərnişin olan “Toyota” markalı avtomobil idarəetmədən çıxaraq aşıb. Ölənlərin bir nəfəri yerli, digərləri isə xarici ölkə vətəndaşlarıdır.
Qəzada yaralanan 11 nəfərin də xaricilər olduğu bildirilib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB