Britaniyada pandemiyanın başlanğıcından bəri yoluxmada ən yüksək göstərici qeydə alınıb

Britaniyada pandemiyanın başlanğıcından bəri yoluxmada ən yüksək göstərici qeydə alınıb

Böyük Britaniyada son sutkada 55 892 nəfər koronavirusa yoluxub. Bu, pandemiyanın başlanğıcından etibarən qeydə alınan ən yüksək göstəricidir.

SİA xəbər verir ki, son yoluxma sayı dekabrın 29-da qeydə alınan statistikanı da (55 135) geridə qoyub.

Bununla da hazırda koronavirusa yoluxanların ümumi sayı 2 488 780 nəfərə çatıb.

Son 24 saat ərzində ölkədə 964 nəfər koronavirusdan həyatını itirib. Hazırda koronavirusdan ölənlərin ümumi sayı 73 512 nəfərə yüksəlib.

Bütün xəbərlər Facebook səhifəmizdə