Danimarka hökuməti sərt lokdaunu yanvarın 17-dək uzatmaq qərarına gəlib

Danimarka hökuməti sərt lokdaunu yanvarın 17-dək uzatmaq qərarına gəlib

Danimarka hökuməti sərt lokdaunu yanvarın 17-dək uzatmaq qərarına gəlib.

SİA xarici KİV-lərə istinadla xəbər verir ki, qərarın qəbul edilməsi hökumətin ölkə ərazisində COVID-19-un yayılmasını məhdudlaşdırmaq niyyətindən irəli gəlir.

Məhdudlaşdırıcı tədbirlərin uzadılması nəticəsində məktəblər, ticarət mərkəzləri, restoranlar, teatrlar və digər ictimai obyektlər bağlı qalacaq. Ölkədə məhdudiyyətlər digər sahələrə də tətbiq edilir.

Məhdudiyyətlərə baxmayaraq, bu ay ərzində Danimarkada koronavirusa yoluxanların və bu xəstəlikdən ölənlərin sayında artım müşahidə edilib. Son məlumatlara görə, ölkədə ümumilikdə 158 min 447 COVID-19-a yoluxma faktı qeydə alınıb, 1226 nəfər isə, həyatını itirib.

Bütün xəbərlər Facebook səhifəmizdə