SİA “Qardian” qəzetinə istinadən xəbər verir ki, Ümumdünya Səhiyyə Təşkilatının mütəxəssisi professor David Heymann yeni koronavirus növünün "hədəfi"ni açıqlayıb. O, COVID-19-un, digər 4 insan koronavirusu kimi, endemik olmağı hədəflədiyini söyləyib. ÜST nümayəndəsi deyib ki, insanlar bu virusla yaşamağı öyrənəcəklər.
"Bu (virus) insan hüceyrələrində, xüsusən daha çox yayıldığı yerlərdə çoxaldıqca mutasiyaya davam edəcək"- professor deyib.
Bu fikri ÜST nümayəndəsi Mark Ryan da bölüşür. O, yalnız effektiv bir peyvənd ortaya çıxarsasa, virusun təhlükəli olmayacağına inanır.
Ryan, yeni epidemiyanın indiki ilə müqayisədə daha ciddi olacağını da söyləyib.
"Getdikcə daha da mürəkkəbləşən bir dünyada yaşayırıq. Bu təhdidlər davam edəcək. Bu pandemiyadan, bütün faciələri və itkiləri ilə birlikdə çıxarmalı olduğumuz bir nəticə varsa, o da birlikdə hərəkət etməyimizdir"- o deyib.
Xatırladaq ki, pandemiyanın başlanğıcından bəri 80 milyondan artıq insanda koronavirus aşkarlanıb, onlardan 57 milyonu sağalıb. 1,7 milyon insan xəstəliyin qurbanı olub.
Elçin
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB