Ermənistan parlamentinin millət vəkili Anna Qriqoryan baş nazir Nikol Paşinyanın rəhbərlik etdiyi "Mənim addımım" fraksiyasından çıxıb.
SİA xəbər verir ki, o, mandatından imtina etməyib.
Deputat bu barədə feysbuk səhifəsində yazıb:
"Mənə layiq görülən mandatı qorumağa qərar verdim, amma fraksiyadan ayrıldım. Ölkəmiz üçün bu çətin və tarixi məqamda heç bir siyasi qüvvə tərəfindən məhdudlaşdırılmadan xalqın haqlı tələblərini səsləndirməyi özümə borc bilirəm".
Müəllif: Aysel Məmmədova
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB