Yaponiyanın şərqində zəlzələ baş verib, sunami təhlükəsi elan olunmayıb

Yaponiyanın şərqində zəlzələ baş verib, sunami təhlükəsi elan olunmayıb

Yaponiyanın Honşu adasının şərqində 5,1 bal gücündə zəlzələ baş verib, sunami təhlükəsi elan olunmayıb.

SİA-nın məlumatına görə, bu barədə Yaponiyanın Milli Hidrometeorologiya İdarəsi bildirib.

Məlumata əsasən, yeraltı təkanların episentri Tokio ilə qonşu olan İbaraki prefekturasının sahilində olub. Zəlzələnin ocağı 60 kilometrə yaxın dərinlikdə yerləşib.

Xəsarət alan və dağıntılar barədə məlumat verilməyib. Güclü yeraltı təkanlar Tokio, Tiba, Fukusima, Saytama, Totiqi prefekturalarında hiss edilib.

Bütün xəbərlər Facebook səhifəmizdə