Son 24 saatda Pakistanda COVID-19 infeksiyasına 1776 nəfər yoluxub. Beləliklə, pandemiya dövründə xəstələrin sayı 476 min 85 nəfərə çatıb.
SİA Pakistan mətbuatına istinadla xəbər verir ki, son gündə virusdan 63 xəstə dünyasını dəyişib, bununla da ölənlərin sayı 9 min 992 nəfərə çatıb. Bildirilir ki, ölkə xəstəxanalarında 39 min 599 pasiyent var.
Pandemiya vaxtı 425 min 494 xəstə sağalıb. İndiyədək Pakistanda 6 milyon 619 min 983 test edilib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB