Gürcüstanda son sutkada koronavirusa 2 012 nəfər yoluxub, 25 pasiyent ölüb

Gürcüstanda son sutkada koronavirusa 2 012 nəfər yoluxub, 25 pasiyent ölüb

Gürcüstanda ötən sutkada daha 2 012 nəfərə koronavirus diaqnozu qoyulub, 2 638 nəfər sağalaraq evə buraxılıb, 25 pasiyent isə vəfat edib. SİA-nın xəbərinə görə, bu barədə Gürcüstan hökumətinin xüsusi rəsmi saytında bildirilib. Hazırkı dövrədək qonşu ölkədə COVID-19-a 224 155 nəfər yoluxub ki, onların da 208 951-i sağalıb, 2 443-ü isə ölüb. Karantin zonalarında 401, stasionar nəzarətdə 5 480 nəfər var. 1 287 nəfər isə xüsusi otellərdə tibbi nəzarətdə saxlanılır.

Müəllif: Gülyana

Bütün xəbərlər Facebook səhifəmizdə