Qazaxıstanda koronavirusdan sağalanların sayı 140 mini keçib

Qazaxıstanda koronavirusdan sağalanların sayı 140 mini keçib

Qazaxıstanda ötən sutka ərzində yeni növ koronavirusa (COVİD-19) 739 yoluxma halı qeydə alınıb.

SİA-nın məlumatına görə, bu barədə ölkənin Səhiyyə Nazirliyindən bildiriblər.

Məlumata əsasən, ölkədə koronavirusa yoluxanların ümumi sayı 153 199 nəfərə çatıb.

Bildirilir ki, hazırkı dövrədək koronavirusa yoluxanlardan 140 684 nəfəri sağalıb, 2 196 nəfəri isə vəfat edib.

Bütün xəbərlər Facebook səhifəmizdə