Venesuelada partlayış zamanı 30-dan çox insan xəsarət alıb

Venesuelada partlayış zamanı 30-dan çox insan xəsarət alıb

Venesuelanın şimal-şərqindəki Monaqas ştatının Kano-de-los-Beserros yaşayış məntəqəsində partlayış olub. SİA-nın xəbərinə görə, bu barədə "El Nacional" qəzeti bildirib. Məlumata görə, yük maşınında yerləşdirilən qaz balonları partlayıb. Hadisə nəticəsində 30-dan çox insan yanıq xəsarətləri alıb. Zərərçəkənlər yerli xəstəxanaya çatdırılıb. Qeyd edilir ki, partlayış insanlar yanan avtomobildən qaz balonlarını çıxarmağa çalışdıqları vaxt olub. Polis hadisənin başvermə səbəbini araşdırır.

Müəllif: Gülyana

Bütün xəbərlər Facebook səhifəmizdə