Son sutkada Pakistanda COVID-19 infeksiyasına 1974 nəfər yoluxub, belə yoluxanların sayı 473 min 309 nəfər təşkil edib.
SİA Pakistan mətbuatına istinadla xəbər verir ki, son sutkada COVID-19-dan 55 xəstə vəfat edib, ölənlərin sayı 9929 nəfər olub. Müalicə müəssisələrində 39 min 488 xəstə olduğu bildirilir, onların 2263-nün vəziyyəti ağırdır. 423 min 892 nəfər infeksiyadan sağalaraq evə buraxılıb.
Pandemiya dövründə 6 milyon 589 min 317 test həyata keçirilib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB