ABŞ-da koronavirusa qarşı daha bir vaksinin sınaqlarının son mərhələsi başlayıb

ABŞ-da koronavirusa qarşı daha bir vaksinin sınaqlarının son mərhələsi başlayıb
"Novavax" şirkətinin istehsal etdiyi koronavirusa qarşı vaksinin sınaqlarının son mərhələsi başlayıb. SİA-nın "Financial Times" qəzetinə istinadən verdiyi məlumata görə, bunu şirkətin icraçı direktoru Stenli Erik deyib. S.Erik bildirib: "Dünyada pandemiyanın olduğu zamanda, bu sınaq dünya əhalisini qorumaq üçün qlobal təhlükəsiz və effektiv vaksinlər portfelinin yaradılması yolunda kritik bir addımdır". Qeyd edək ki, "Novavax" şirkətinin vaksini soyuducuda 2-8 dərəcə temperaturda saxlanıla bildiyinə görə, bu onu ABŞ-da istehsal edilən digər vaksinlərdən üstün edir.

Bütün xəbərlər Facebook səhifəmizdə