Dünyada koronavirusa yoluxanların sayı son sutka ərzində 441 mindən çox artıb

Dünyada koronavirusa yoluxanların sayı son sutka ərzində 441 mindən çox artıb
Dünyada koronavirusa yoluxanların sayı son sutka ərzində 441 mindən çox artıb. SİA-nın "TASS" agentliyinə istinadən verdiyi məlumata görə, bu barədə Ümumdünya Səhiyyə Təşkilatının gündəlik hesabatında deyilir. Məlumata əsasən, ötən sutka ərzində 441 861 nəfər yeni koronavirusa yoluxub, 6 807 nəfər isə dünyasını dəyişib. Yoluxanların ümumi sayı 79 673 754, ölənlərin isə 1 761 381 nəfərə çatıb. Qeyd edək ki, Ümumdünya Səhiyyə Təşkilatının hesabatı yalnız rəsmi göstəricilər əsasında hazırlanır.

Bütün xəbərlər Facebook səhifəmizdə