Barens dənizinin Rusiya sahillərində "Oneqo" balıqçı gəmisinin batması nəticəsində 17 nəfər itkin düşüb. SİA-nın xəbərinə görə, məlumatı Rusiyanın Fövqəladə Hallar Nazirliyi yayıb. Hadisə dekabrın 28-də yerli vaxtla səhər saatlarında Arxangelsk vilayətinin Novoy Zemli bölgəsi yaxınlığında baş verib.
Gəminin göyərtəsində 19 nəfər olub, onların 2-si xilas edilib, 17-si itkin düşüb. İlkin məlumata əsasən, qəzaya səbəb buzlaşma olub. İtkin düşən balıqçıların axtarışı davam etdirilir.
Müəllif: Gülyana
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB