Yaponiya hökuməti Otake vulkanının püskürməsi ilə əlaqədar bir böhran qərargahı qurub
Yaponiya hökuməti ölkənin cənub-qərbindəki Suvanose adasında Otake vulkanının püskürməsi ilə əlaqədar bir böhran qərargahı qurub. Vulkanın dərinliklərində partlayışlar baş verir, isti daşlar kül buludları ilə birlikdə kraterdən 1,3 km-ə qədər məsafəyə atılır.
SİA "TASS" agentliyinə istinadən xəbər verir ki, bu barədə Kyodo xəbər agentliyi məlumat yayıb.
İtki və dağıntı barədə məlumat verilməyib.
Suvanose, 49 nəfər əhalisi olan kiçik bir adadır. Yaponiyanın cənub-qərbindəki Kyuşu adasında Kaqoşima şəhərindən 230 km cənub-qərbdə yerləşir. Son dəfə vulkan 2009-cu ildə püskürüb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB