Braziliyada ötən sutka ərzində koronavirusdan 307 nəfər ölüb

Braziliyada ötən sutka ərzində koronavirusdan 307 nəfər ölüb

Braziliyada ötən sutka ərzində yeni növ koronavirusa 17 246 nəfər yoluxub.

SİA-nın "Sinxua"ya istinadən verdiyi məlumata görə, bu barədə ölkənin Səhiyyə Nazirliyindən bildiriblər.

Məlumata əsasən, ölkədə koronavirusa yoluxanların ümumi sayı 7 465 806 nəfərə çatıb.

Bildirilir ki, ötən sutka ərzində koronavirusdan 307 nəfər ölüb, ölənlərin ümumi sayı 190 795 nəfər təşkil edir.

Bütün xəbərlər Facebook səhifəmizdə