Bir aya yaxındır Efiopiyanın Tiqray bölgəsində hökumət qoşunları ilə üsyançılar arasında davam edən silahlı münaqişə bu ölkənin Benişangul-Gumuz əyalətinə də yayılıb. SİA xəbər verir ki, Beynəlxalq Qırmızı Xaç Cəmiyyəti bu ərazidə etnik münaqişə zəminində 222 nəfərin qətlə yetirildiyini bildirib. Efiopiya hökuməti isə üsyançılardan 42 nəfərinin öldürüldüyü barədə məlumat yayıb. Ölkənin Baş naziri Abiy Əhməd bu qətllərdən sonra Mekele şəhərinin ətrafında qoşun hissələri yerləşdirilməsi ilə bağlı göstəriş verib.
Silahlı münaqişə nəticəsində təkcə bir bölgədə 40 mindən çox insanın evlərini tərk etdiyi bildirilir. Ümumilikdə isə Tiqray regionundan 150 mindən çox sakin qonşu Sudana qaçıb.
Siyasi analitiklər hesab edirlər ki, Efiopiya 1970-1980-ci illərin humanitar böhranını yenidən yaşaya bilər. O vaxt Eritreya ilə müharibə nəticəsində yüz minlərlə insan Sudan və digər ölkələrə qaçmış, kütləvi aclıq və səfalət baş vermişdi.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB