Aralıq dənizinin Misir sahillərində altı miqrantın cəsədi tapılıb

Aralıq dənizinin Misir sahillərində altı miqrantın cəsədi tapılıb

Aralıq dənizinin Misir sahillərində altı miqrantın cəsədi tapılıb.

SİA-nın məlumatına görə, bu barədə yerli Əş-Şuruq nəşri xəbər yayıb.

Ehtimal olunur ki, 19-35 yaş arası batan şəxslər naməlum səbəbdən batan kiçik gəmidə Avropaya üzüblər. Batan gəmidə ümumilikdə neçə nəfərin olduğu məlum deyil.

Qeyd olunur ki, 17 dekabrda da Əs-Salum şəhəri sahillərində Avropa dövlətlərindən birinə üz tutması ehtimal olunan digər gəmi batıb. Daha sonra sudan yeddi cəsədi çıxarılıb.

Bütün xəbərlər Facebook səhifəmizdə