Rusiya paytaxtında koronavirusa yoluxmuş daha 74 nəfər dünyasını dəyişib

Rusiya paytaxtında koronavirusa yoluxmuş daha 74 nəfər dünyasını dəyişib

Rusiya paytaxtında koronavirusa yoluxmuş və digər xəstəliklərin də aşkar olunduğu daha 74 nəfər dünyasını dəyişib.

SİA “TASS” agentliyinə istinadən xəbər verir ki, bu barədə Operativ Qərargah məlumat yayıb.

Bununla da paytaxtda eyni diaqnozdan ölənlərin sayı 10 763-ə çatıb.

Qeyd edək ki, Moskvada indiyədək 764 789 insanda (son sutkada 8203 nəfər) koronavirus aşkar olunub, daha 588 280 nəfər isə müalicə olunaraq sağalıb.

Bütün xəbərlər Facebook səhifəmizdə