Fahrettin Koca: "Türkiyədə inaktivləşdirilmiş "CoronaVac" vaksininə üstünlük verilib"
Türkiyənin səhiyyə naziri Fahrettin Koca keçirilən Elmi Komitənin iclasından sonra pandemiya ilə mübarizə ilə bağlı maraqlı məqamlara aydınlıq gətirib.
SİA-nın məlumatına görə, Türkiyənin COVID-19 infeksiyasına qarşı vaksin seçimində inaktivləşdirilmiş vaksin platformasına üstünlük vermə səbəblərini açıqlayan Koca bildirib ki, bu platformada vaksin hazırlanması ən qədim metoddur və indiyədək bir çox belə vaksini Türkiyə öz təcrübəsində istifadə edib. Hər hansı vaksini seçməzdən əvvəl onu öz əhalisi arasında kliniki sınaqdan keçirməyin faydalı olduğunu nəzərə alaraq, inaktivləşdirilmiş "CoronaVac" vaksininə üstünlük verilib.
Elmi Komitənin təmsilçisi professor Serhat Ünal isə qeyd edib ki, sentyabr ayından etibarən başlayan 3-cü faza kliniki sınaqların aralıq nəticələri artıq hazırdır. Minlərlə könüllü arasında aparılan bu tədqiqat mərhələsində iştirakçılardan cəmi 40 nəfər virusa yoluxarsa, tədqiqat mərhələsi yekunlaşacaq.
Hazırda cəmi 29 nəfər yoluxmuşdur ki, onlardan 26 nəfər həqiqi vaksin deyil, "placebo" vurulmuş şəxslər olub.
Hazırda tədqiqatın nəticələrinə əsasən, 7300-dən artıq könüllü arasında cəmi 3 nəfər peyvənd olunmuş şəxsdə PCR testlərinin nəticəsi pozitiv çıxıb. Həmin 3 nəfər isə yüksək riskli şöbələrdə çalışan səhiyyə işçiləri olub. "Bu 3 nəfər virusa yoluxsalar da, heç bir xəstəlik simptomu hiss etməmiş insanlardır" deyə Fahrettin Koca məlumat verib.
Vaksinin hansı mənfi təsirləri ola biləcəyi ilə bağlı Elmi Komitədən məlumat verilib ki, cəmi 2,5% könüllüdə yüngül baş ağrısı və yüngül yorğunluq hiss olunub. Bu isə vaksinin təhlükəsiz olduğunu göstərir.
Dekabrın 5-dən hazır olan 3 milyon doza vaksinin bu həftənin sonundan etibarən artıq Türkiyəyə gətirilməsinə icazə verilib. Ümumilikdə, Sinovac şirkəti fevral ayına qədər Türkiyəyə 50 milyon doza vaksin göndərəcək. Bu vaksinlərin Türkiyəyə həm də dünya bazar qiymətindən nisbətən aşağı qiymətə gətiriləcəyi bildirilib.
Türkiyədə bir gündə 1,5-2 milyon nəfərə peyvənd vurmaq imkanı var. Nazir Koca vaksinasiyada iştirakın könüllü olmasına baxmayaraq, əhalinin böyük aktivlik göstərəcəyinə inandığını və özünün də ilk şəxslərdən biri kimi peyvənd olunacağını bildirib. Xatırladaq ki, Türkiyənin vaksinasiya strategiyasına görə ilk mərhələdə səhiyyə işçiləri və risk qrupunda olan digər şəxslərə peyvənd vurulacaq.
Bütün xəbərlər Facebook səhifəmizdə
Digər xəbərlər
Xəbər lenti
Alsu yenidən ana olmağa qarşı deyil...
Şou-Biznes 20:05Ölümcül yük altında yatmaq...
Sosial 19:51ABŞ-da ara seçkilər haqqında əsas faktlar...
Dünya 19:28Putinin diplomatik marafonu uğursuz oldu...
Dünya 19:06Tramp prezidentlikdən qazanc əldə edir..?
Dünya 18:49İnsanı inandırmağın yeddi yolu..?
Sosial 18:27“Müharibəyə çevrilmə” mərhələsi...
Dünya 18:06Dağıstan Respublikasına yeni rəhbər seçilib
Dünya 17:52Kobaxidze Ermənistana səfər edib
Dünya 17:20Gürcüstan müxalifəti etiraz aksiyaları elan edib
Dünya 17:07Paşinyan İşçi Qrupu yaradıb...
Dünya 17:02Bakı Bəyannaməsi qəbul edilib
Siyasət 16:34Avrasiya diplomatiyasının Bakı triumfu - ANALİZ
Siyasət 16:25Çörəyin qiyməti qalxacaq? - İQTİSADÇI AÇIQLADI
İqtisadiyyat 16:20Hərbivəzifəlilərin təlim toplanışı davam edir
Siyasət 14:51Bu ilin ilk 9 ayı ərzində ölkə ərazisində 1 100 transformator təmir olunub
İqtisadiyyat 14:50Tarixin yeni dövrünü yazan və yaşadan lider TƏHLİL
Siyasət 14:37Yəmən müharibəsi necə bitəcək? - GÜNÜN SUALI
Siyasət 14:35“Azərişıq”da elektrik enerjisi itkiləri azalır
İqtisadiyyat 14:03Qusar-Həzrə-Sudur avtomobil yolunda bərpa işləri başa çatıb
İqtisadiyyat 13:55"Azərişıq" ASC bu ilin yanvar-sentyabr aylarında 272 892 müraciət qəbul edib
İqtisadiyyat 13:49Payız depressiyası nədir? - ARAŞDIRMA
Sosial 13:46BDYPİ beynəlxalq sərgidə təmsil olunur
Sosial 13:20Sabah Bakıda hava çiskinli olacaq
Hadisə 12:51Laos üzv dövlət qismində AQEM-ə qoşulub
Siyasət 12:44SOMDA xidmətə qəbulla əlaqədar müsabiqə elan edir...
Sosial 11:51Bakıda kəlağayı ilə milli irs yürüşü keçirilib - REPORTAJ
Mədəniyyət 10:55Qızıl və gümüş bahalaşıb
İqtisadiyyat 10:45Azərbaycan nefti 4 dollara yaxın ucuzlaşıb
İqtisadiyyat 09:45Özəl xəbərlər
Digər xəbərlər
Redaktorun seçimi
Köşə yazıları
Populyar
Valyuta məzənnəsi
-
USD
1,7000
0,00%
-
EUR
1,9067
+0,06%
-
GBP
2,2514
-0,24%
-
RUB
2,0148
-0,75%



