Böyük Britaniya ilə Aİ arasında ticarət razılaşması şərtlərinə dair razılığa gəlinib

Böyük Britaniya ilə Aİ arasında ticarət razılaşması şərtlərinə dair razılığa gəlinib
Böyük Britaniya ilə Avropa İttifaqı (Aİ) arasında ticarət razılaşması şərtlərinə dair razılığa gəlinib. SİA xəbər verir ki, razılaşma Britaniyanın Baş naziri Boris Conson və Avropa Komissiyasının sədri Ursula fon der Leyen arasında uzun və çətin danışıqlardan sonra əldə edilib. Sazişin təfərrüatları hələ açıqlanmasa da, Conson mətbuat konfransında Kanada tipli sərbəst ticarət müqaviləsi imzalandığını bildirib. Conson, "Razılaşma əldə edildi" sözləri ilə fotosunu şəxsi "Twitter" hesabında paylaşıb. Qeyd edək ki, Britaniya 2020-ci il yanvarın 31-də Avropa İttifaqından çıxıb, lakin bununla birlikdə ticarət əməkdaşlığının 11 ay daha davam etməsinə qərar verilib. Bu keçid dövrü ərzində tətbiq olunacaq yeni qaydalara qərar vermək üçün danışıqlar aparılıb. İndi sazişin həm London, həm də Aİ tərəfindən təsdiqlənməsi və imzalanması gözlənilir.

Bütün xəbərlər Facebook səhifəmizdə