Ermənistanda gərginlik artdı - Hökumət binası mühasirədə

Ermənistanda gərginlik artdı - Hökumət binası mühasirədə

Ermənistan polisi Hökümət binasının qarşısında 5-6 sıralıq sıx kordon yaradıb. SİA erməni mətbuatına istinadla xəbər verir ki, Ermənistan polisi bu gün, səhər tezdən Hökümət binasına aparan Melik Adamyan küçəsini bağlayıb.

Bundan əlavə, Nazirlər Kabineti binasının qarşısına avtobuslarla gücləndirilmiş polis qüvvələri çatdırılıb. Hüquq mühafizəçiləri binanın qarşısında 5-6 sıralıq sıx kordon yaradıblar.

Xatırladaq ki, dünən keçirilən mitinqdə müxalifət bəyan etmişdi ki, bu gün səhər saat 10.00-dan etibarən Baş nazir Nikol Paşinyan və digər hökumət üzvlərinin binaya daxil olmasının və nazirlər kabinetinin iclasının keçirilməsinin qarşısını almaq üçün Hökumət binasının girişlərini bağlayacacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə