Rusiyada son bir gündə daha 27 250 nəfərə COVID-19 diaqnozu qoyulub. SİA-nın xəbərinə görə, bu barədə ölkənin Operativ Qərargahı məlumat yayıb. Qeyd olunub ki, bununla da Rusiyada koronavirusa yoluxanların sayı 2 933 753 nəfərə çatıb. Ölkədə virusdan ölənlərin sayı isə daha 549 nəfər artaraq 52 461-ə yüksəlib. Bundan başqa, Rusiyada indiyədək koronavirusa yoluxan 2 343 967 nəfər sağalıb.
Müəllif: Gülyana
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB