Qvatemalada sərnişin mikroavtobusunun dərəyə aşması nəticəsində azı 10 nəfər ölüb

Qvatemalada sərnişin mikroavtobusunun dərəyə aşması nəticəsində azı 10 nəfər ölüb

Qvatemalanın qərbindəki San-Markos departamentində sərnişin mikroavtobusunun dərəyə aşması nəticəsində azı 10 nəfər ölüb.

SİA xəbər verir ki, bu barədə EFE agentliyi məlumat yayıb.

Məlumata görə, avtomobil təxminən 100 metr yüksəklikdən dərəyə yuvarlanıb. İlkin məlumata görə, sürücü idarəetməni itirib.

Bütün xəbərlər Facebook səhifəmizdə