TBMM Türkiyə Ordusunun Əfqanıstanda daha 18 ay qalması barədə sənəd qəbul edib

TBMM Türkiyə Ordusunun Əfqanıstanda daha 18 ay qalması barədə sənəd qəbul edib

Türkiyə Hərbi Qüvvələri Əfqanıstanda daha 18 ay qalacaq.

SİA xəbərinə görə, Dünən Türkiyə Böyük Millət Məclisinin (TBMM) növbəti iclası keçirilib.

Parlamentin iclasında Əfqanıstana hərbi qüvvələrin göndərilməsi barədə sənəd müzakirəyə çıxarılıb. Müzakirələrdən sonra layihə səsə qoyularaq qəbul edilib.

Qeyd edək ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın imazsı ilə Prezident Administrasiyasından TBMM-ə göndərilən qanun layihəsində Türkiyə Hərbi Qüvvələrinin beynəlxalq hüquq və qanun tələbləri çərçivəsində Liviyanın təhlükəsizliyinin təmin olunması üçün də daha 18 ay müddətinə bu ölkəyə dəstək verilməsi əks olunub.

Qeyd edək ki, bu gün parlamentin iclasında Liviyaya hərbi qüvvələrin göndərilməsi barədə sənəd müzakirəyə çıxarılıb. Müzakirələrdən sonra layihə səsə qoyularaq qəbul edilib.

Bütün xəbərlər Facebook səhifəmizdə