Gürcüstan gələn il ABŞ-dan tank əleyhinə “Javelin” raket qurğuları almağı planlaşdırır
Gürcüstan 2021-ci ildə ABŞ-dan tank əleyhinə “Javelin” raket qurğuları partiyası almağı planlaşdırır.
SİA xəbər verir ki, bu barədə Gürcüstan müdafiə nazirinin vəzifələrini icra edən İrakli Qaribaşvili parlamentdəki çıxışı zamanı məlumat verib.
Onun sözlərinə görə, ölkənin müdafiə qüvvələri son illərdə bir partiya “Javelin” əldə edib və bu proses növbəti illərdə də davam edəcək.
Qeyd edək ki, Gürcüstan “Javelin” sistemlərinin ilk partiyasını 2018-ci ildə alıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB