Türkiyənin “Oruç Reis” gəmisinin Aralıq dənizindəki fəaliyyət müddəti uzadılıb
Aralıq dənizinin şərqində Kipr adası sahillərində seysmik araşdırmalar aparan Türkiyənin “Oruç Reis” kəşfiyyat-axtarış gəmisinin bölgədəki fəaliyyət müddəti 2021-ci il iyunun 21-dək uzadılıb.
SİA xəbər verir ki, bununla bağlı dənizçilərə məlumat verilib.
“Ataman” və “Cengiz Han” gəmiləri ilə birlikdə seysmik araşdırmalar aparan “Oruç Reis” kəşfiyyat-axtarış gəmisi kontinental sahə və təbii qaynaq axtarışları başda olmaqla, 2 və 3 ölçülü bir sıra araşdırmalar aparmaq imkanı olan mexanizmlərə malikdir. Belə ki, bu gəmi 8 min metr dərinliyə qədər 3 ölçülü, 15 min metr dərinliyə qədər isə 2 ölçülü seysmik əməliyyatlar reallaşdırır. “Oruç Reis” dünyada tam təchizatlı və çoxməqsədli nadir araşdırma gəmilərindən biridir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB